29 may 2021-ci il saat 14:35-dək, ilkin məlumata əsasən:
Bakı şəhərinin Nəsimi rayonunda ("20 Yanvar" metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...
Qax rayonunda ümumi sahəsi 81 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Şəki şəhərində ümumi sahəsi 400 m² olan bir dam altında tikilən sexlərdən (dülgər və dəmirçi) sahəsi 56 m² olan dülgər sexinin içərisində 2 m 3 taxta materiallar, 1 ədəd kompressor və 2 ədəd dəzgah yanıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Şirinsu qəsəbəsində “Subaru” markalı minik avtomobili yol kənarında hasara çırpılıb...
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1-i azyaşlı olmaqla 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...